
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya Prezidenti Vladimir Putinin ölkəsini təhdid etməsi ilə bağlı xəbəri şərh edib.
Primeinfo.az xəbər verir ki, o, partiyanın idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.
“Putin Türkiyəni təhdid etməyib. Bu, müxalifətin uydurmasıdır. Dedi-qodu kimi qiymətləndirə biləcəyimiz, dünyada da kimsənin ciddi qəbul etmədiyi fikirlərdir”.