Ağdamın “Qarabağ” futbol klubunun ispaniyalı futbolçusu Joni Montiel sevdiyi xanıma evlilik təklif edib.
Primeinfo.az xəbər verir ki, bu barədə onun sevgilisi Karlota Bruneyi özünün “Instagram” səhifəsində paylaşım edib.
O, Montiellə paylaşdığı fotoya “Bəli, səninlə əbədi başlanğıca” şərhini yazıb.
Xatırladaq ki, “Qarabağ” İspaniyanın “Rayo Valyekano” klubunun yetirməsi olan Joni Montieli bu ilin avqust ayında öz sıralarına qatıb. Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
Futbolçu hələlik “Qarabağ”ın heyətində rəsmi debüt etməyib.