Xəbər axtarın

Son axtarış nəticələri:

Qazaxıstanda naməlum PUA partladı

23.10.2025 22:15

Qərbi Qazaxıstan vilayətinin Rusiya ilə həmsərhəd olan Burlin rayonunda mənşəyi naməlum olan pilotsuz təyyarə partlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin Teleqram kanalında deyilir.

“Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda mənşəyi məlum olmayan pilotsuz uçuş aparatının partlaması qeydə alınıb”, – nazirlik qeyd edib.

Qazaxıstan Müdafiə Nazirliyi həmçinin əlavə edib ki, pilotsuz təyyarənin qalıqları ucqar, yaşayış olmayan əraziyə düşüb. Hadisə nəticəsində xəsarət alan və dağıntı olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: