Xəbər axtarın

Son axtarış nəticələri:

Qəzzaya yardım aparan gəmidəki Azərbaycan vətəndaşları buraxılıb - XİN

10.10.2025 14:36


Qəzzaya humanitar yük aparan gəmidə İsrail tərəfindən saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

Primeinfo.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Onlar təyyarə ilə Türkiyəyə yola salınıb”, – o əlavə edib.

Xatırladaq ki, ötən gün Qəzzaya humanitar yardım apararkən iki nəfər Azərbaycan vətəndaşının saxlanılması xəbəri yayılıb. XİN-dən bildirilib ki, Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar. İsraildəki Azərbaycan səfirliyi tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Paylaş: