
Qlobal bazarda Rusiya neftinin və neft məhsullarının tədarükünün sürətlə azalması qiymətlərin bahalaşmasına səbəb olacaq.
Primeinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bazarda neft və neft məhsullarımızın tədarükü kəskin azalarsa, qiymətlər qalxacaq”, – dövlət başçısı qeyd edib.
O əlavə edib ki, yanacaqdoldurma məntəqələrində də qiymətlər artacaq və ABŞ da burada istisna deyil.
Qeyd edək ki, oktyabrın 22-dən 23-nə keçən gecə ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində kifayət qədər marağı olmadığına görə iki aparıcı neft şirkəti olan “Rosneft” və “Lukoyl”a yeni sanksiyalar tətbiq edib.