“Ramiz Mehdiyev şəxsən mənim başıma nə desən, gətirib”.
Bunu Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə Prime TV-nin efirində “Qırmızı masa” verilişində bildirib.
“Məni Bakının küçələrində süründürüb. Məhkəməyə verib, döydürüb. Bunu Ramiz Mehdiyev edib. Güneydə hərəkat başlamışdı. Məni Əbülfəz Elçibəylə birlikdə məhkəməyə verdi. Məni döydürdü, uşaqlarım 39 dərəcə qızdırmalı olduğu halda təyyarədən düşürdü.
Bunun əməlləri 30 il ərzində hamının gözünün qarşısında olub. Onun əlaltıları hələ də zəli kimi dövlətin canına yapışıblar. Azərbaycan dövləti 44 günlük müharibədən öncə sizi vurdu, amma yenə həya etmədiniz. Əməllərinə davam etdilər, dövlət çevrilişinə cəhd göstərdilər”.