“Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır”.
Primeinfo.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib. O, Ramiz Mehdiyevin dövlət çevrilişinə hazırlıq və dövlətə xəyanətdə ittiham olunması ilə bağlı məsələyə təəssüfləndiyini qeyd edib:
“Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq”, – deyə İsa Həbibbəyli bildirib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarına əsasən, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.