Xəbər axtarın

Son axtarış nəticələri:

“Ramiz Mehdiyevin mülkiyyəti Vatikandan böyükdür” – VİDEO

16.10.2025 18:27

“Ramiz Mehdiyevə yəqin ki, ömürlük cəza verəcəklər. Amma indi cəzasını evdə çəkir. Evdə nə cəza? Bu adamları evdə saxlamaq olmaz!”

Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişinə müsahibəsində bildirib.

Onun fikrincə, Prezident Administrasiyasının keçmiş rəhbəri cəzasını mütləq həbsxanada çəkməlidir:

“Gör neçə hektarlarla evləri, mülkləri var. 200 hektar burada, 300 hektar rayonda və s. Hektar bilirsiniz nə deməkdir? Elə yaşadığı ev bir şəhər boydadır. Onu evində saxlamaqla, ayağına qolbaq vurmaqla, zərərsizləşdirmək olmaz. Çünki Ramiz Mehdiyevin mülkiyyəti Vatikan dövlətinin ərazisindən böyükdür”.

 

Paylaş: