“Çox zəif cəzadır və Azərbaycan hökuməti qərarına yenidən baxmalıdır. Ramiz Mehdiyevin ev dustaqlığının mütləq həbslə əvəz etmək lazımdır”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişinə müsahibəsində bildirib.
O, Ramiz Mehdiyaevin müxtəlif sferalarda yol verdiyi cinayət əməllərindən, korrupsiya faktlarından söz açıb:
“Bəzi iddialara görə, burada azı 80 min, 100 min Rusiya agenti var, onları hakimiyyətdə müxtəlif vəzifələrə yerləşdiriblər. Görün, nə qədərdilər? Hamı vəzifədə deyil, hakimiyyətdə olmayanlar da var ki, Rusiyadan gəlib Azərbaycan vətəndaşlığını alıblar.
Necə? Çünki Ramiz Mehdiyevin oğlu vaxtilə miqrasiya komitəsi sədrinin müavini olub, məhz bu cür miqrantlara pasport verib. O gedib, bu gün də onun yerində həmin işə “xanın” oğlu – yəni Vasif Talıbovun oğlu baxır. Nə qədər insana qeyri-qanuni pasport verirlər. Niyə qarşısı alınmır? Bunlardır terrorçuluq, bunlardır Azərbaycana əsl təhlükə”.