
“Rəbiyyət Aslanova bu boyda hay-küydən sonra hələ də Ramiz Mehdiyevi heç kimin ayağına vermirsə, demək ki, onun ətrafına toplaşan insanlar dağılışmayıblar”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya başqanı Tural Abbaslı bildirib.
“Jurnalist zəng edib Rəbiyyət Aslanovaya, Ramiz Mehdiyevin həbsi ilə bağlı fikrini soruşub. O da deyib ki, “rəsmi məlumat var? Mən rəsmi olmayan məlumata mövqe bildirmirəm”. Yəni, bu gün Mehdiyevin suda batdığını bilə-bilə, yenə də ona qarşı danışmayıb. Ən azından özünü sığortalamaq üçün deyə bilərdi ki, Vətənə xəyanət edən hər kəsə düşmənik” – deyə, T.Abbaslı vurğulayıb.