Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya ukraynalı jurnalistlərin maşınını dronla vurdu: 2 ölü, 1 yaralı - FOTO

23.10.2025 15:00


Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lanset” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

Primeinfo.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.

Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.

Paylaş: