Xəbər axtarın

Son axtarış nəticələri:

Starmer Türkiyəyə gəlir

26.10.2025 18:39

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 27-də Ankaraya rəsmi səfər edəcək.

Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran X səhifəsində yazıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə strateji xarakter daşıyan Türkiyə–Böyük Britaniya münasibətləri, eləcə də regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunacaq.

Paylaş: