Xəbər axtarın

Son axtarış nəticələri:

Tayvanda 5 bal gücündə zəlzələ oldu

08.10.2025 10:17

Tayvanda 5 bal gücündə zəlzələ baş verib.

Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumatına yayıb.

Bildirilib ki, 5 bal gücündə zəlzələ Tayvanın şərqindəki Hualien qraflığında səhər saat 7:52-də (Bakı vaxtı ilə 3:52) qeydə alınıb.

İdarənin məlumatına görə, zəlzələnin episentri qraflığın mərkəzi Hualien şəhərindən təxminən 7 km qərbdə yerləşib. Zəlzələnin episentri 6.1 km dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Paylaş: