Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış QHT sədri və hərbi-siyasi ekspert Telman Qasımov, teleaparıcı Kamran Həsənli və siyasi şərhçi Elçin Alıoğluna qarşı terror aktı planlaşdırılması iddiası üzrə məhkəmə iclası işə başlayıb.
Primeinfo.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçirilib və anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə prokurorluq, müdafiə tərəfi və zərərçəkmişlər iştirak ediblər.
Cinayət işi məhkəmə baxışına verilib.
Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-ci (cinayətin hazırlanması və təşkili) və 277-ci (dövlət və ictimai xadimin həyatına qarşı sui-qəsd və terrorçuluq) maddələri ilə ittiham elan olunub.
İttihama görə, Əbülfəz Səricanov T.Qasımov, E.Ağacanov və K.Həsənliyə qarşı cinayət planlanıb və törətmək niyyətində olub. İttiham aktında qeyd olunur ki, Ə.Səricanov adı çəkilən şəxslərin həyatına qarşı ciddi təhdid təşkil edən planlar hazırlayıb.
Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.