Xəbər axtarın

Son axtarış nəticələri:

Təşvişə düşməyin! - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ

13.10.2025 11:55

Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

Paylaş: