ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
Primeinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-də Prezidentlərin Ağ Evdə apardıqları danışıqlar gərgin, dürüst və bəzən narahat olan müzakirə kimi xarakterizə edilib:
“Bu danışıqlar zamanı Tramp birbaşa və açıq şəkildə Zelenskiyə Kiyevin hələlik Vaşinqtondan uzaqmənzilli raketlər almayacağını açıqladı”.
Qeyd edilib ki, Tramp Ukraynanın münaqişəni gərginləşdirməyə və uzatmağa çalışdığına inanırdı.