Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Zelenskinin gətirdiyi xəritəyə baxmadı

21.10.2025 16:30


ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı Ukrayna nümayəndə heyətinin gətirdiyi döyüş meydanı xəritələrinə baxmaqdan imtina edib.

Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

“Ağ Ev rəhbəri Zelenskiyə deyib ki, onun prioriteti müharibəyə son qoymaqdır. Tramp ərazi məsələsində maraqlı olmadığını açıq şəkildə bildirib. O həmçinin Ukrayna liderinə bildirib ki, Kiyev uzaqmənzilli “Tomaqavk” raketləri alacağını gözləməməlidir”, – deyə nəşr yazıb.

Paylaş: