
ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.
Primeinfo.az-ın məlumatına görə, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı “soyqırımı” yazısı olan plakat qaldırdıqları üçün zaldan çıxarılıblar.
Ayman Odeh – fələstin-israil mənşəli deputat, Ofer Kassif isə kommunist “Hadaş” partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.
“Bu çox təsirli idi”, – deyən Tramp nitqini davam etdirib.