Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə "Eurofighter" qırıcısı alacaq – Ərdoğan və Starmer müqavilə imzaladı

27.10.2025 21:03

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Key Starmer arasında Ankarada keçirilən görüş zamanı “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi mərasim Prezident Kompleksində baş tutub.

Starmerin xidməti avtomobili Atlı Mühafizəçilər tərəfindən rəsmi qapıya qədər müşayiət olunub. Görüş təkbətək danışıqlarla başlayıb, daha sonra heyətlərarası müzakirələrlə davam edib.

Sammitin sonunda iki ölkə arasında “Eurofighter Typhoon” təyyarələrinin alınması ilə bağlı razılıq əldə olunub və tərəflər satınalma sənədlərini kameralar önündə imzalayıblar.

Müqaviləyə əsasən, Türkiyə ümumilikdə 44 ədəd Eurofighter qırıcısı alacaq. Qırıcıların 12-si Qətərdən, 12-si Omandan, 20-si isə Böyük Britaniyadan tədarük olunacaq.

Bu razılaşma Türkiyə və Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişlənməsi və müdafiə sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Paylaş: