Humanitar Yardım Fondunun təşkil etdiyi və Türkiyə bayraqları ilə bəzədilmiş yardım konvoyu Qəzza şəhərinə daxil olub.
Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Konvoyda əsasən ərzaq, tibbi ləvazimatlar və infrastrukturun bərpası üçün lazım olan materiallar var”, – məlumatda bildirilib.