
Türkiyə “Eurofighter” döyüş təyyarələrinin alınması üçün səylərini davam etdirir.
Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır:
“Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək. Bu barədə yayılan fərqli iddialar nəzərə alınmamalıdır”.