Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqan yardımçısı, professor doktor, Samsun millət vəkili İlyas Topsakal ABŞ-ə səfəri çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahimlə görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə İlyas Topsakal özü sosial şəbəkələrdə məlumat paylaşıb.
Qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq, həmrəylik və strateji tərəfdaşlıq münasibətlərinin gündən-günə daha da möhkəmlənməsi məmnuniyyətlə müşahidə edilməkdədir.
“Türkiyə və Azərbaycan təkcə iki dost ölkə deyil; eyni kökdən, eyni ruhdan qidalanan bir millətin iki qüdrətli dövlətidir. Bu ortaq şüur təkcə ikitərəfli münasibətlərimizi deyil, həm də Türk dünyasının birlik, sabitlik və rifah vizyonunu gələcəyə daşıyır.
Qafqazdan Orta Asiyaya, Xəzərdən Adriatikədək uzanan geniş Türk coğrafiyasında Türk Dövlətləri arasında həmrəylik və ortaq iradə gündən-günə daha da institusional və möhkəm bir zəmin üzərində formalaşır. Bu güc təkcə regional deyil, həm də qlobal sülh və sabitliyin təminatıdır”.
MHP genel başqan yardımçısı, professor doktor İlyas Topsakal bu sarsılmaz qardaşlığın bütün Türk dünyasına ilhamverici bir qüvvə mənbəyi olaraq əbədi var olacağına ürəkdən inandığını bildirib.