Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə yenidən silkələndi

27.10.2025 12:49

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Primeinfo.az “İHA”- ya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat  yayıb.

Məlumata görə, Ayvacık rayonu sahillərində 4.0 və 3.7 bal gücündə ardıcıl iki zəlzələ baş verib.  Birinci zəlzələ saat 10:12-də, ikincisi isə saat 10:17 radələrində qeydə alınıb. Birinci zəlzələnin dərinliyi 13.61 kilometr, ikincisi isə 13.19 kilometr olub.

Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

Paylaş: