Xəbər axtarın

Son axtarış nəticələri:

Türksoylular Türkiyədə əcnəbi sayılmayacaq - Ərdoğan sərəncam imzaladı - FOTO

14.10.2025 10:50

Türksoylular Türkiyədə əcnəbi sayılmayacaqlar.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Yeni fərmanla dünya türklərinin Türkiyədə yaşamaq, dövlət və özəl sektorda işləmək icazələri sadələşdirilib.

Qaydalara əsasən, milliyəti türk olan xarici vətəndaşların Türkiyədə işləməsinə və ya işlədilməsinə icazə verilməsi üçün bir sıra şərtlərin, məsələn, Daxili İşlər Nazirliyi tərəfindən onlara yaşamaq icazəsinin verilməsi, müəyyən peşə və sənətlər üçün aidiyyatı qurumlardan həmin bacarıqların olmasını təsdiq edən sənədlərin olması, təhsil səviyyəsini göstərən xarici məktəb və fakültələrdən verilmiş diplomların müvafiq orqanlar tərəfindən tanınması, həmin peşəni icra etməsində təhlükəsizlik baxımından heç bir əngəlin olmamasının yerinə yetirilməsi tələb olunur.

Yəni, türksoylular Türkiyədə həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər.

Qərar rəsmi qəzetdə çap olunaraq qüvvəyə minib.

Paylaş: