
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyukla Rusiyanın hərbi potensialının azaldılmasına yönəlmiş əməliyyatlarımızı koordinasiya etdik.
Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Teleqram” kanalında məlumat yayıb.
“Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən uzaqmənzilli zərbələrimizin nəticələri haqqında da məlumat verdi. Ukraynanın uzaqmənzilli dron raketlərinin daha böyük effektivlik nümayiş etdirməsi vacibdir. Rusiya hava hücumundan müdafiə sistemlərinin məhv edilməsində də mühüm nəticələrimiz var”, – Zelenksi bildirib.