
Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var.
Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
