
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) olaraq 2030-cu ilədək qarşımıza konkret hədəflər qoymuşuq. 5 il ərzində Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək”.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə bildirib.
Qeyd edib ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üçün suvarma tələbatının isə 95 %-i daha səmərəli şəkildə təmin ediləcək:
“2040-cı ilə qədər isə həm içməli su, həm də suvarma üzrə tam əhatəliliyə nail olunacaq. Bu məqsədlərə müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələri və səmərəlilik tədbirləri hesabına çatılacaq”.