Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşünün məhsuldar keçdiyini bildirib.
Primeinfo.az xəbər verir ki, Ukrayna lideri bu barədə Ağ Evdə keçirdiyi brifinqdə danışıb.
O, Trampla Ukraynanın hava hücumundan müdafiəsi də daxil olmaqla, bir sıra mövzular barədə müzakirə apardığını vurğulayıb.
Bununla yanaşı, “RBK-Ukrayna” Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən Zelenskinin Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı apardığı məlumatını yayıb. İştirakçıların siyahısı isə açıqlanmayıb.