Xəbər axtarın

Son axtarış nəticələri:

AFFA-nın futzal üzrə baş inzibatçısı UEFA-dan təyinat alıb

24.11.2025 12:48

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb.

Primeinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Afinada AEK (Yunanıstan) və “Sportinq” (Portuqaliya) komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu, Fərrux Hüseynzadənin ilk təyinatıdır.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” görüşünün güclüsü ilə üz-üzə gələcək.

Paylaş: