Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək - FOTO

19.11.2025 19:59

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək.

Primeinfo.az xəbər verir ki, tədbir 21 noyabr 2025-ci il tarixində, saat 09:00-da “Aghdam City Hotel”də (Ağdam şəhəri, M.F. Axundzadə küçəsi) təşkil olunacaq.

Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirinin iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat veriləcək.

Paylaş: