
Cüdo üzrə +100 kq çəki dərəcəsində Uşanqi Kokauri Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Primeinfo.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdə misirli Mohamed Masoud Aborakian ilə qarşılaşıb.
Rəqibini ipponla məğlub edən Kokauri üçüncü olub.
Bundan öncə cüdo üzrə 100 kq çək dərəcəsində son Olimpiya çempionu Zelim Kotsoyev qızıl medal uğrunda tatamiyə çıxıb. O, həlledici görüşdə misirli rəqibi Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurublar.
Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) qızıl, Könül Əliyeva (48 kiloqram) gümüş, Aytac Qardaşxanlı (70 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-da qarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finalda Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.



