Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti bahalaşıb

14.11.2025 11:09

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 1,3% artaraq 66,28 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,43ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş: