Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti cüzi ucuzlaşdı

18.11.2025 10:46


“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dollar azalıb.

Primeinfo.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 67,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Paylaş: