Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda avtomobil nömrələrində defis işarəsi ləğv edildi - AÇIQLAMA

20.11.2025 16:48

Yeni qəbul edilmiş AZS 599:2025 dövlət standartına əsasən, bundan sonra Azərbaycanda nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında defis işarəsi tətbiq edilməyəcək.

Primeinfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev açıqlayıb ki, bu dəyişiklik yalnız yeni hazırlanacaq nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi köhnə nömrələr etibarlıdır və onların dəyişdirilməsinə ehtiyac yoxdur. Köhnə dövlət qeydiyyat nişanlarına hər hansı müdaxilə yolverilməzdir və inzibati məsuliyyət yaradır.

Rövşən Tağıyev bildirib ki, köhnə nömrələr yararsız hala düşərsə, hərflər və rəqəmlər oxunmaz olarsa, həmin nömrələr yenisi ilə əvəzlənməlidir. Bu, qayda pozuntuları zamanı cərimələrin düzgün təyini üçün vacibdir. Əks halda, əgər nömrə oxunaqlı vəziyyətdədirsə, yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur.

Beləliklə, yeni standart yalnız gələcək nömrə nişanlarının dizaynına şamil ediləcək, mövcud nömrələrin hüquqi statusuna təsir etməyəcək.

Paylaş: