Xəbər axtarın

Son axtarış nəticələri:

Basketbolçu məşq zamanı faciəli şəkildə vəfat etdi

27.11.2025 20:42

Hindistanlı basketbolçu məşq zamanı üzərinə basketbol səbəbinin düşməsi nəticəsində vəfat edib.

Primeinfo.az “Indian Express”ə istinadən xəbər verir ki, o topu atdıqdan sonra havada səbətdən asılı qalıb.

Yaxşı vəziyyətdə olmayan səbət sınaraq oyunçunun üzərinə düşüb. İdmançı 20 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Vəfat edən basketbolçu ölkəsinin U-16 millisinə dəvət almağa namizədlər sırasında yer alıb.

Qeyd edək ki, hadisə baş verən idman zalının fəaliyyəti dayandırılıb.

 

Paylaş: