Xəbər axtarın

Son axtarış nəticələri:

"Borussiya" onu baş məşqçi təyin etdi

18.11.2025 22:39

Almaniya Bundesliqası təmsilçisi “Borussiya”nı (Münhenqladbax) müvəqqəti çalışdıran Oyqen Polanskinin vəzifəsi dəqiqləşib.

Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis komandanın əsas baş məşqçisi təyin edilib.

Polşalı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. O, 2025-ci ildən “Borussiya”nın baş məşqçisi vəzifəsini icra edir. Polanski Herardo Seoaneni istefaya göndərməsindən sonra komandanın “sükanı arxası”na keçib.

Onun rəhbərliyi altında komanda 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub.

Qeyd edək ki, “Borussiya” Bundesliqada 10 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Paylaş: