Xəbər axtarın

Son axtarış nəticələri:

“Çelsi” derbidə qalib gəldi

02.11.2025 11:49

İngiltərə Premyer Liqasında X turun mərkəzi görüşü keçirilib.

Primeinfo.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Çelsi” səfərdə “Tottenhem”lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda hər iki komandanın 17 xalı var. “Tottenhem” 3-cü, “Çelsi” isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Paylaş: