Xəbər axtarın

Son axtarış nəticələri:

Cüdoçularımız İslamiadada yarımfinala vəsiqə qazanıb - FOTO

10.11.2025 15:52

Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Primeinfo.az-ın məlumatına görə, yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.

Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Paylaş: