Xəbər axtarın

Son axtarış nəticələri:

“Ərzaq qiymətləri sürətlə artır, İrandakı quraqlıq Azərbaycana da təsir göstərəcək” - VİDEO

29.11.2025 10:01

“Azərbaycanda ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur”.

Primeinfo.az xəbər verir ki, bu barədə Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

Onun sözlərinə görə, adi 200 qramlıq hisə verilmiş balığın qiyməti hazırda 7 manat 90 qəpikdir.

E.Alıoğlu qeyd edib ki, sovet dövründə bu məhsul əsgərlərə verilirdi, kilosu isə cəmi 3 manat dəyərində olurdu. Bu gün isə həmin balığın kiloqramı 35 manata satılır.

Siyasi şərhçi həmçinin vurğulayıb ki, hazırda İranda müşahidə olunan ciddi quraqlıq tendensiyası yaxın zamanda Azərbaycana da təsir göstərə bilər. Onun fikrincə, mal əti, dana əti və xırdabuynuzlu heyvanların ətində müşahidə olunan bahalaşma da bu prosesin tərkib hissəsidir.

Elçin Alıoğlu bildirib ki, ərzaq bahalaşması fonunda diqqəti müxtəlif siyasi və etnik qarşıdurmalara yönəltmək doğru yanaşma deyil:

“Mövcud problemləri düzgün qiymətləndirmək və real iqtisadi çağırışlara fokuslanmaq vacibdir”.

Paylaş: