Xəbər axtarın

Son axtarış nəticələri:

Elşad Hacıyev: “600 nəfərin hamısı eyni anda “Hazırıq!” dedilər - FOTO

13.11.2025 14:29


“Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırığı verilib”.

Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Facebook” sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib. Lakin bütün 600 nəfər eyni anda bir addım önə çıxaraq “Hazırıq!” deyib.

“Bu, sadəcə bir seçim deyildi.

Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29 nəfəri Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Onların hər biri xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır. Allah şəhidlərimizə rəhmət eləsin!”, – deyə DİN rəsmisi vurğulayıb.

Paylaş: