Xəbər axtarın

Son axtarış nəticələri:

Energetika Nazirliyi dənizdə külək layihəsi üçün müqavilə imzaladı

28.11.2025 18:37

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

Bu barədə Primeinfo.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra Müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.

Paylaş: