Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Gürcüstan prezidenti ilə danışıb

12.11.2025 21:00

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefonda danışıb.

Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanda Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi bağlı başlanan axtarış-xilasetmə işlərinin son vəziyyəti müzakirə olunub.

Gürcüstanın Baş naziri qəza nəticəsində şəhid olan hərbçilər üçün Ərdoğana başsağlığı verib.

Türkiyə Prezidenti Kobaxidzeyə başsağlığı diləkləri və dəstəyi üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

 

Paylaş: