Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Nazirlər Kabinetini toplayır

03.11.2025 11:12

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Primeinfo.az bu barədə “TRT-Haber”ə istinadən bildirir.

Məlumata görə ki, Beştepedə baş tutacaq toplantıda əsas müzakirə mövzuları Qəzzada atəşkəs, İsrailin bölgədəki fəaliyyətləri və terrorla mübarizə olacaq.

Toplantıda həmçinin Fələstin xalqının legitim hüquqlarının qorunması və iki dövlətli həll vizyonunun gücləndirilməsi istiqamətində Türkiyənin beynəlxalq tərəfdaşlarla apardığı diplomatik fəaliyyəti müzakirə olunacaq.

Bundan başqa, “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində görülən işlərdən danışılacaq. PKK terror təşkilatının Türkiyədən çəkilmə qərarı ilə bağlı son vəziyyət dəyərləndiriləcək.

Toplantıda Türkiyənin “Eurofighter” qırıcı təyyarəsinin satınalma prosesindəki son irəliləyişlər də müzakirə olunacaq.

 

Paylaş: