
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olmasına dair bəyanatına münasibət bildirib.
Primeinfo.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Ərdoğan qeyd edib ki, MHP sədri Dövlət Bağçalı ilk gündən səsləndirdiyi cəsur açıqlamaları ilə “Terrorsuz Türkiyə” prosesinin bu mərhələyə gəlməsinə misilsiz töhfələr verib:
“Biz də həssas davranaraq prosesə rəhbərlik etdik, görünən və görünməyən bir çox çətinliyi aşaraq bu günlərə gəlib çatdıq. Komissiyanın ortaq hədəf və anlayışla işləməsini son dərəcə qiymətli hesab edirəm. Ölkəmizin demokratiya, birlik və həmrəyliyinə verdikləri töhfəyə görə məclis sədrimizi və bütün komissiya üzvlərini təbrik edirəm”.