Xəbər axtarın

Son axtarış nəticələri:

Fikrət Yusifov: “Putinin işğal etdiyi torpaqları geri verməkdən başqa yolu qalmadı” - VİDEO

11.11.2025 15:07

“Rusiyada hərbçilərə verilən ödənişlər 3-4 dəfə azaldılıb. Vəsait yoxdur, bitib. Putin hərbçiləri müharibəyə cəlb etməyin yolları axtarır”.

Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə başladığı savaşı davam etdirməyə artıq iqtisadi gücü yoxdur.

“Rusiyanın daha yolu yoxdur, yol bağlanıb. Yolu açmağın bir şərti var: Rusiya işğal etdiyi torpaqlardan geri çəkilsin. Neftin satışına qoyulan qadağalar aradan qalxsın. Sülh masasına oturulsun və hansısa şərtlər çərçivəsində müharibə bitsin. Ancaq müharibənin bitməsi də Rusiyada həyat şəraitinin yaxşılaşdırılması anlamına gəlmir. Müharibədən sonrakı Rusiyanın həyatı, bəlkə də indikindən daha acınacaqlı olacaq”.

F.Yusifov qeyd edib ki, Rusiyanın müharibədə verdiyi itkilərin sayı 1 milyon 200 minə yaxınlaşır. 3 milyon 600 minə yaxın insan isə müharibə yaralanaraq, əlil olub.

Paylaş: