Xəbər axtarın

Son axtarış nəticələri:

"Fransa ilə oyuna hazırıq" - Millinin futbolçusu

15.11.2025 22:48

Fransa ilə oyuna hazırıq.

Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib:

“Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Paylaş: