Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncədə ağır yol-nəqliyyat hadisəsi: yeniyetmə öldü

15.11.2025 10:21

Gəncə şəhərində piyadavurma hadisəsi olub.

Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yolun qarşı tərəfinə keçmək istəyən 15 yaşlı Ə.Qurbanovu avtomobil vurub. Yaralı xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: