
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Primeinfo.az xəbər verir ki, bu barədə nazir “X” sosial media hesabında paylaşım edib.
“Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram”, – paylaşımda qeyd olunub.
H.Fidan “Qarabağ Azərbaycandır!” həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:
“Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq”.
Kardeş Azerbaycan’ın 8 Kasım Zafer Günü’nü en içten duygularımla kutluyorum.
Karabağ’ın öz topraklarına kavuşmasını sağlayan o tarihi mücadelenin kahramanlarını saygıyla anıyor; vatan uğruna can veren tüm şehitlerimizi rahmetle, gazilerimizi minnetle yâd ediyorum.
Karabağ… pic.twitter.com/nTQa6OxeNW
— Hakan Fidan (@HakanFidan) November 8, 2025