Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Rusiya-Ukrayna müharibəsi həll yoluna yaxınlaşıb"

18.11.2025 12:15


“Rusiya ilə Ukrayna arasındakı müharibə potensial həll yoluna yaxınlaşıb”.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, həm hərbi əməliyyatların dəyişən dinamikası, həm də artan iqtisadi təzyiqlər nəzərə alınmaqla, münaqişə tərəflər üçün getdikcə dözülməz hala gəlir.

O, münaqişənin bütün iştirakçılar üçün ağır bir yükə çevrilən “yıxılma müharibəsinə” çevrildiyini vurğulayıb:

“Avropa ölkələri müharibədə birbaşa iştirak etməsələr də, Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməklə əhəmiyyətli xərclər çəkirlər. Hərbi xərclərin artması isə digər, xüsusən də sosial xərclərin azalmasını nəzərdə tutur ki, bu da siyasi və iqtisadi təzyiq şəklində ciddi nəticələrə səbəb ola bilər”.

Paylaş: