
“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ödənişli olması nəzərdə tutulub”.
Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir. Yolun 78,5 kilometrlik hissəsi 6 hərəkət zolağından ibarətdir. Yolun üzərində 8 ədəd qovşaq inşa edilib.
“Bunun üçün ödənişsiz alternativ yol da çəkilib. Alternativ yol Horadiz-Cəbrayıl-Zəngilan ərazisindən keçir. Yol ikinci texniki dərəcəyə uyğun olaraq artıq istismara verilib”, – deyə Z.Həsənov vurğulayıb.